Salyanda avtomobil traktora çırpıldı, yaralanan var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Salyanda avtomobil traktora çırpıldı, yaralanan var - Fotolar

Hadisə

11 Noyabr 2022 00:56 795


Salyanda avtomobil traktora çırpılıb, xəsarət alan var.

Yenisabah.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Dayıkənd kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Hüseynov Azad Seyfəddin oğlu idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarında dayanan traktora çırpılıb. Sezar pizza

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!