Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə öldü

Hadisə

19 Sentyabr 2022 09:49 1077


Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb. 

"Report"un xəbərinə görə, hadisə Ələt-Astara yolunun rayondan keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı Süleyman Kurtuluş idarə etdiyi "Merdeces-Benz" markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb. Toyuqlu pizza

O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!