“Samsung Electronics”də minlərlə işçini təmsil edən həmkarlar ittifaqı iyunun 7-də birgünlük tətil edəcək.
Yenisabah.az xəbər verir ki, “Samsung” Elektronika Birliyi Cənubi Koreyadakı bütün üzvlərindən iyunun 7-də ödənişli məzuniyyətdən istifadə etməməyi xahiş edib. Birlik birgünlük tətilə gedəcəklərini bildirib və gələcəkdə genişmiqyaslı tətil barədə düşünə biləcəklərini açıqlayıb.
Həmkarlar ittifaqının nümayəndəsi canlı yayımlanan mətbuat konfransında şirkəti işçilərə etinasız yanaşmada ittiham edib. Həmkarlar ittifaqı təxminən 28 000 üzvü olduğunu, bunun da şirkətin ümumi işçi qüvvəsinin beşdə birindən çox hissəsini təşkil etdiyini bildirib. pizza hut
“Samsung Electronics” rəhbərliyi bu ilin əvvəlindən əməkhaqqı ilə bağlı həmkarlar ittifaqı ilə danışıqlar aparır. Lakin hələlik iki tərəf arasında razılıq əldə olunmayıb. Həmkarlar ittifaqı əməkhaqqının 6,5 faiz artırılmasını və şirkətin qazancına görə indeksləşdirilən bonus tələb edir. Şirkət isə bu il 5,1 faiz artım təklif edib.
Şeyla Səmiyeva
Telegram kanalımız