“Sara Qədimova ilə şərtimiz var idi“ - Akif İslamzadə

saytların hazırlanması

Evə çatdırılma

“Sara Qədimova ilə şərtimiz var idi“ - Akif İslamzadə

Şou

12 Dekabr 2022 12:12 1739


“35 ildən çoxdur səhnədən getmişəm, oxumuram. Həyatımı yaşayıram, amma xatirələrim qalıb. Səsimi itirəndə çox fikir etdim. Amma bir zamandan sonra başa düşdüm ki, yaxşısı bu imiş".

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Akif İslamzadə “Axşam havası” proqramında qonaq olarkən deyib.

O əlavə edib: "Bəlkə də səsim olsaydı, reklama çəkilərdim, başqa addımlar atardım. İnsanın nəfsi özündən qabaq gedir. Səs alındı, amma insanlarımızın bizə olan gözəl münasibəti verildi. Bunu heç nəyə dəyişmirəm. Sözün düzü, səhnədə elə insanlar var ki, onlarla birgə adımın çəkilməyini istəmərəm”. pizza

Sənətçi səsini itirdiyi dövrlərdə yaşadığı çətinliklərdən danışıb və səhnədən uzaqlaşdığı üçün peşman olmadığını bildirib.

A. İslamzadə anası, mərhum Xalq artisti Sara Qədimova barədə də sualları cavablandırıb:

“Çox əziyyət çəkmişəm. Mənim üçün yaşıl işıq olmayıb. Sara Qədimova ilə şərtimiz var idi ki, nə mən onun, nə də o, mənim haqda danışacaq. Hətta bu yaxınlarda Sara xanımın anım günündə mənə yaxınlaşıb dedilər ki, biz Akifin anasının yas mərasiminə gəlmişik. Çox insan bilmirdi ki, Sara xanım anamdır. Bundan istifadə etməmişik. Hətta o xəstəxanaya düşməzdən bir ay qabaq mənə vəsiyyətini dedi. Söylədi ki, “çox güman ki, məni Fəxri Xiyabanda dəfn edəcəklər. Orada basdırılanlara vəsiqə verilir?”

Sara xanımın bu il 100 illiyidir. Oktyabrın 31-i mənə zəng etdilər ki, ayın 2-də Sara xanımın yubileyini qeyd edəcəyik. Mən də elə bildim ki, dekabrın 2-dən söhbət gedir. Sən demə, iki gün sonra imiş. Söylədim ki, təxirə salın. Bilmədim keçirdilər, ya yox!”

Ustad ifaçı qeyd edib ki, o dövrdə arxası ilə danışan insanlara bu cür cavab verirmiş:

“Əvvəllər fikir verməmişəm ki, mənə paxıllıq edirlər, ya yox! Kimsə nəsə danışıb, söz gəzdirib və s. Durub ağız-ağıza verən deyildik. Gedib onun repertuarından bir mahnı seçib oxuyurduq. Bu da bizim cavabımız olurdu. Dəfələrlə sübut etmişik ki, birinci oxuyanlardan daha yaxşı iş göstərmək olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!