Sarkisyan Ermənistanı yataqdan idarə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Sarkisyan Ermənistanı yataqdan idarə edəcək

Siyasət

18 Yanvar 2021 14:56 721


Koronavirusa yoluxan və Londondakı tibb mərkəzlərindən birində müalicə alan Ermənistan prezidenti Armen Sarkisyan yaxın günlərdə təxliyə ediləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat katibi açıqlama verib. A.Sarkisyanın fəaliyyətini yataq rejimində icra edəcəyi bildirilib:

“Prezident müalicəsini evdə həkim nəzarəti altında davam etdirəcək”. Pepperoni pizza

Sarkisyanın sağaldıqdan və həkimlərdən müvafiq icazə aldıqdan sonra Ermənistana qayıdacağı qeyd olunur. Lakin o vaxta qədər uzaqdan işləməyə davam edəcək.

Xatırladaq ki, A.Sarkisyana yanvarın 5-i COVID-19 diaqnozu qoyulub. Yanvarın 13-ü isə onun xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayıldı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!