Səbinə Kətanovanın piyadanı vurduğu deyilən VİDEO yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Səbinə Kətanovanın piyadanı vurduğu deyilən VİDEO yayıldı

Şou

08 Fevral 2023 16:18 1067


Bloger Səbinə Kətanova avtomobillə piyadanı vurmaqda ittiham edilir.

Yenisabah.az sfera-ya istinadla xəbər verir ki, bloger hadisənin görüntülərini yayımlayıb.

O bildirib ki, piyadaya heç bir xəsarət yetirməyib: pizza hut

"Hadisə 2021-ci ilin sentyabrın 5-də olub. Bilib-bilmədən deyirlər, piyadanı vurub qaçıb. Baxın görün burada kim günahkardır? Mən bu şəxsi vurmuşam, yoxsa qəsdən maşına tərəf qaçıb? Yazırlar, oğlan nə gündədir. Mən heç vaxt hansısa canlını vurub qaçmaram".

S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. R.Ç. iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!