“Sədərək”də cinayət: Sahibkarı döyüb pullarını apardılar

saytların hazırlanması

Evə çatdırılma

“Sədərək”də cinayət: Sahibkarı döyüb pullarını apardılar

Hadisə

15 Noyabr 2022 09:45 768


"Sədərək" ticarət mərkəzində mağazaya basqın edilib, sahibkarın 30 000 manat pulu ələ keçirilib.

Yenisabah.az-ın məlumatına görə, hadisə noyabrın 11-də qeydə alınıb.

Belə ki, naməlum şəxs ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərən Ağayev Şakir Fərhad oğlunun işlətdiyi mağazaya daxil olaraq dəmir alətlə onun baş nahiyəsinə xəsarət yetirib. Daha sonra həmin şəxs mağazadan 30 000 manat məbləğində pul vəsaitini ələ keçirməklə hadisə yerindən qaçaraq uzaqlaşıb. pizza hut

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!