Şəfiqə Nağıyeva efirdə niyə ağlayıb? - Elgiz danışdı

saytların hazırlanması

Evə çatdırılma

Şəfiqə Nağıyeva efirdə niyə ağlayıb? - Elgiz danışdı

Şou

30 Noyabr 2022 15:54 1306


Aparıcı Elgiz Əkbər vəkil Şəfiqə Nağıyevanın ağlayaraq efiri tərk etməsindən danışıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, hüquqşünasla heç bir qalmaqal yaşamayıb:

“Mən heç kimlə qalmaqal yaşamamışam. Məni tənqid edirlər? Mən nə edim? İnsanlar ağlamaqda və gülməkdə sərbəstdir. Yaxşı olanda gülürük, bir az pis olanda ağlayırıq. Ağlamaq və gülmək vətəndaşların haqqıdır”. pizza sifarişi

Qeyd edək ki, ötən günlərdə Ş. Nağıyeva “Elgizlə izlə” proqramını ağlayaraq tərk edib. Buna səbəb isə onun efirdə keçmiş məhbus olan Nüsrət adlı bəylə davasıdır. Belə ki, Nüsrət münaqişə zamanı vəkilin oğlunun adını çəkib, həm də “Bəs siz niyə boşanmısız” sualını ünvanlayıb.

Ş. Nağıyeva bu üslubdan narahat olub və efirdən göz yaşı tökərək çıxıb, həmçinin buna Elgizin şərait yaratdığını deyərək etirazını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!