KTMT-yə üzv dövlətləri bir-birindən uzaqlaşdıra biləcək istənilən addım dərindən yanlışdır.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Boris Qrızlov deyib.
O, Ermənistanın KTMT-də iştirakını dondurmasınına münasibət bildirib: Marqarita pizza
“Təşkilat daxilində müxtəlif məsələlərin müzakirəsi və həlli yollarını tapmaq üçün ilk baxışdan çətin görünsə də, səmərəli mexanizmlər yaradılıb. Düşünmürəm ki, İrəvanın belə bir addımı təşkilatın işini ciddi şəkildə poza bilər, çünki o tam stabildir. Təbii ki, bu, KTMT-nin Cənubi Qafqazda mövqelərinin zəifləməsi demək olacaq.
Fikrimcə, bu şəraitdə Ermənistanın öz siyasətini necə qurması əsas məsələ olacaq. Başa düşmək lazımdır ki, Qərbin Cənubi Qafqazdakı bütün hərəkətləri və planları bu region ölkələrinə qayğıdan irəli gəlmir. Vaşinqton və Brüssel konstruktiv əməkdaşlığa yox, region ölkələrini öz geosiyasi avantüralarına sürükləməyə çalışır. Bunun Ermənistana daha çox təhlükəsizlik gətirəcəyi ritorik sualdır”.
Telegram kanalımız