Səidə Sultan hansı həmkarı ilə ailə qura bilər? - “O da bir cür dəlidir“

saytların hazırlanması

Evə çatdırılma

Səidə Sultan hansı həmkarı ilə ailə qura bilər? - “O da bir cür dəlidir“

Şou

13 Yanvar 2023 14:50 1122


Müğənni Səidə Sultan bir neçə məşhur bəy haqqında maraqlı fikirlər səsləndirib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, "Səhər mərkəzi" proqramında qonaq olan sənətçi ona təqdim edilən tanınmış simaların fotolarına rəy bildirib, onlardan hansı ilə evlənib-evlənməyəcəyini deyib.

Səidə əvvəlcə Niyam Salami haqda danışıb: "Özü təklif etdi, dedi, evlənək. Dedim ki, Niyam gülməkdən ölərəm". Daha sonra o, ekranda görünən aktyor Elşən Orucovla bağlı danışıb: "Elşən kimi olar, amma Fəlakət kimi bağışla". Ardınca İbrahim Tatlısesin şəklini görən Səidə "Bu kişini çırparam. Çünki şorgözdür", - şərhini verib. pizza

Müğənni həmkarı Çingiz Mustafayevin isə mədəni və yaraşıqlı olduğunu, lakin onunla yola gedə bilməyəcəyini deyib.

Səidə reper Dadonun rəsminə maraqlı reaksiya verib: "Bu da bir cür dəlidir. Bu işin sonunda ya o, məni, ya da mən onu öldürərəm".

Özünü Eldar Qasımovla bir yerdə görmədiyini deyən Sultan "Ay Allah... Məni onu bəsləyərəm, bələyərəm", - deyib. İfaçılar Şöhrət Məmmədov və Talıb Talenin isə zövqünə və stilinə uyğun olmadığını söyləyib.

Səidə sonda təqdim olunan fotolardan yalnız Murat Bozla ailə qura biləcəyini deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!