Şəkidə 7 maşın toqquşdu

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə 7 maşın toqquşdu

Hadisə

18 Oktyabr 2022 13:39 873


Şəki şəhərində zəncirvari yol qəzası baş verib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobillə Şəki sakini Akif Əsədullayevin idarə etdiyi "Nissan" markalı avtomobil toqquşub. Daha sonra "Mercedes" idarəetmədən çıxaraq yol kənarında dayanan daha 5 avtomobilə çırpılıb. Dördpendirli pizza

Nəticədə avtomobillərə ciddi ziyan dəyib, "Nissan" markalı avtomobilin sürücüsü Akif Əsədullayev və daha bir sürücü bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı xəsarət alan A. Əsədullayev uzun müddət Şəki Psixiatriya Xəstəxanasının baş həkimi işləyib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!