Şəmkirdə 60 yaşlı şəxs qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə 60 yaşlı şəxs qətlə yetirildi

Kriminal

17 İyul 2023 09:45 1610


Şəmkirdə bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.

Bu barədə Yenisabah.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun İrmaşlı kənd sakini, 1963-cü il təvəllüdlü Fikrət Bağırovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında ölməsi barədə məlumat daxil olub. Pepperoni pizza

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!