Şəmkirdə avtomobil ağaca çırpıldı, 5 nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə avtomobil ağaca çırpıldı, 5 nəfər xəsarət aldı

Hadisə

05 Noyabr 2022 21:56 1149


Şəmkir rayonunun Qasımalılar kəndində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb, xəsarət alanlar var.

Yenisabah.az xəbər verir ki, hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində 2001-ci il təvəllüdlü A.Zalov, 2004-cü il təvəllüdlü M.Cəfərova, 1986-cı il təvəllüdlü G.Cəfərova, 2004-cü il təvəllüdlü A.Orucova və 2008-ci il təvəllüdlü G.Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan A.Zalovun və M.Cəfərovanın vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi qiymətləndirilir. pizza hut

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!