Şəmkirdə kütləvi zəhərlənmə hadisəsi olub.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində keçirilən toy mərasimlərin birində qeydə alınıb.
Mərasimin keçirildiyi binanın ayaqyolunda olan təmizlik üçün nəzərdə tutulan kimyəvi məhlulu uşaqlardan biri oyun oynamaq məqsədilə qohumları olan digər 3 uşağa iylədib. Bu zaman özü və digər uşaqlar zəhərlənib. Uşaqlarla yanaşı həmin yerə gələn onlardan birinin valideyni də zəhərlənib. pizza hut
Onların hamısı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız