Şəmkirdə əməliyyat: 4 saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə əməliyyat: 4 saxlanılan var

Kriminal

25 Sentyabr 2023 10:17 509


Şəmkirdə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Samir Məmmədov saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, -, narkotik maddəni Elpərəst adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.

Əməliyyat tədbirləri nəticəsində Samir Məmmədova narkotik vasitəni 30 manata satmaqda şübhəli bilinən Şəmkir rayon sakini Elpərəst Mansurov da saxlanılıb. Üzərindən “marixuana” aşkar edilən E. Mansurov ifadəsində həm özünə həm də S. Məmmədova narkotik vasitəni Orxan adlı şəxsdən aldığını bildirib. Dördpendirli pizza

Rayon sakini Orxan Alıyev saxlanılaraq Polis Bölməsinə gətirilən zaman üzərindən və avtomobilindən marixuana aşkarlanaraq götürülüb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində isə saxlanılan rayon sakini Orxan Ələddinlinin üzərindən və yaşadığı evdən qurudulmuş marixuana aşkar olunaraq götürlüb.

Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!