Sənubər Nəzərova vəzifəsindən AZAD EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Sənubər Nəzərova vəzifəsindən AZAD EDİLDİ

Sosial

05 Dekabr 2024 10:57 535


“Azərbaycan Dəmir Yolları” QSC-də kadr islahatı olub.

“Yeni Sabah” Bakıvaxtı.az-a istinadən xəbər verir ki,, qurumun mətbuat katibi Sənubər Nəzərova tutduğu vəzifədən azad edilib.

QSC-nin sədri Rövşən Rüstəmov bununla bağlı əmr imzalayıb. Toyuqlu pizza

Sənubər Nəzərovanın yeni iş yeri hələlik bəlli deyil.

Qeyd edək ki, S.Nəzərova bu vəzifəyə 5 dekabr 2022-ci ildə təyin edilmişdi.

Onu da bildirək ki, Sənubər Nəzərova daha əvvəl - 2013-2020-ci illərdə "SOCAR AQS” MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!