Separatçılar bu şəxsləri HƏDƏFƏ alır

saytların hazırlanması

Evə çatdırılma

Separatçılar bu şəxsləri HƏDƏFƏ alır

Kriminal

20 Sentyabr 2023 10:52 9178


"Qanunsuz erməni silahlı birləşmələri tərəfindən 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, terror hücumları davam etdirilir, yenə də mülki şəxslər, mülki infrastruktur və yaşayış binaları hədəfə alınır".

Bunu brifinqdə çıxışı zamanı Baş Prokurorluğun böyük prokuroru Kənan Zeynalov deyib.

Onun sözlərinə görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən sentyabrın 19-da törədilmiş terror aktı nəticəsində qətlə yetirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı işğaldan azad olunan ərazilərimizdə yol infrastrukturunun qurulması məqsədilə oradan çalışırdı. pizza hut

"Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində 4 polis əməkdaşı isə hər hansı hərbi əməliyyatlara cəlb olunmayan, sadəcə qeyd olunan ərazidə ictimai-asayişi bərpa etmək məqsədilə ezam olunmuş şəxslər idi. Azərbaycanın Qarabağ bölgəsində halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən dünən iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumları nəticəsində 2 mülki şəxs - Şuşa şəhərində mənzil-kommunal və təmir xidməti mühəndisi işləyən 1967-ci il təvəllüdlü Vidadi Fərhadov adlı şəxs qətlə yetirilib, Ağdam rayonunda isə ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskovator operatoru 1992-ci il təvəllüdlü mülki şəxs Mehman Həsənovun çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib. Bütün bunlar onu göstərir ki, qanunsuz erməni silahlı birləşmələri yenə də əvvəlki dövrdə olduğu kimi mülki şəxslərə qarşı terror cinayətlərini törətməkdə davam etdirir", - K.Zeynalov vurğulayıb. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!