Ukraynanın şərqindəki separatçı liderlərin yayımladığı videolar 3 gün əvvəl çəkilib.
Yenisabah.az xəbər verir ki, bu iddianı "The Insider" onlayn nəşri irəli sürüb.
O, qondarma "DXR" və "LXR" liderləri Denis Puşilin və Leonid Paseçnikin, Kiyev təhlükəsi ilə əlaqədar əhalinin təxliyə edilməsi zərurəti barədə ötən günkü videomüraciətləri 3 gün əvvəl lentə alındığını yazıb. pizza
Mütəxəssislər videoları təhlil edərkən bunu aşkar ediblər. Halbuki Puşilin çıxışında vurğulayıb ki, müraciəti ötən gün edib.
Telegram kanalımız