Erməni şərhçi Vaxtanq Siradeqyan Ermənistanın sülhün əldə olunması üçün Azərbaycanın bütün istəklərini yerinə yetirməli olduğunu yazıb. O, anklav kəndlərin, Göyçə gölünün şərq hissəsinin və dəhlizin Azərbaycana veriləcəyini iddia edib. Vaxtanq Siradeqyan həmçinin Paşinyanın İlham Əliyevin bütün tələbələrini yerinə yetirməyə hazır olduğunu diqqətə çatdırıb.
Bəs görəsən Ermənistan tərəfini həqiqətən belə bir addım atmağa hazırdırmı? Siradeqyanın iddiaları nə dərəcədə realdır?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, sərhəd delimitasiyası yalnız beynəlxalq hüquqa uyğun şəkildə aparıla bilər: pizza hut
“Azərbaycan və Ermənistan 6 oktyabr 2022-ci ildə, Praqada baş tutan görüşdə qəbul olunan Almatı deklorasiyasına əsasən razılığa gəlib. Almatı deklorasiyasında isə söhbət yalnız keçmiş Azərbaycan SSR və Ermənistan SSR-nin inzibati ərazilərinin dövlət sərhəddi kimi tanınmasından gedir. Biz cümhuriyyət dövrünün xəritətəsini ortaya qoysaq, Ermənistanın yarısı olmamalıdır. Bu xəritələrə görə həm Mehri, həm də Göyçə gölü istiqamətində Basarkeçər, Çəmbərəkənd rayonları Azərbaycana verilməlidir. Bu da razılaşmaya görə düzgün deyil. Düzdü, bu ərazilər bizim tarixi torpaqlarımızdır, amma beynəlxalq hüquqda tarixi torpaq termini yoxdur. Biz BMT-yə üzv olmuşuq və hansı sərhədlərlə daxil olmuşuqsa, beynəlxalq hüquq da məhz onu tanıyır. Praqa görüşündən sonra da Almatı deklorasiyasının qəbul olunması razılaşdırılıb. Cümhuriyyət dövrü xəritələri və buna bənzər məsələlər nəzərə alınmır. Sadəcə olaraq sovet dövründə tərtib olunmuş xəritələrin hansından istifadə olunacağı delimitasiya komissiyasının danışıqlarında həll olunur. Sovet dövründə müəyyən dərəcədə bəzi ərazilər sərhəddə olan yerli rəhbərlərin razılığı ilə dəyişdirilib”.
İlham İsmayıl delimitasiya işlərinin 1 xəritə əsasında aparılmayacağını qeyd edib:
“Ölkə başçısı da öz çıxışında bildirdi ki, sərhədlərin delimitasiyası 1 xəritə əsasında ola bilməz. Delimitasiya komissiyası da bunu davam etdirir. 1975-ci il xəritəsi qəbul olunsa, Ermənistanın da xeyrinə bəzi məsələlər var. Çünki 1984-cü ildə Qazax rayonunun Kəmərli kəndindən xeyli torpaq sahələri Ermənistana verilib və bununla bağlı həmin vaxt böyük ixtişaşlar baş verib. Ona görə də 1 xəritə söhbəti yoxdur. Ən son ola bilsin ki, 1991-ci il xəritəsi qəbul olunsun”.
Nazim Hacıyev
Telegram kanalımız