Sumqayıtda sərxoş sürücü inzibati qaydada həbs edilib.
Yenisabah.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, hadisə oktyabrın 16-da baş verib. "Niva" markalı avtomobilin sürücüsü bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. O, yol polisinin "saxla" işarəsinə məhəl qoymayıb.
Məhəllələrası yollarda yüksək sürətlə və təhlükəli formada avtomobili idarə edən sürücü əvvəlcə başqa bir "Toyota" markalı avtomobillə toqquşub. Sonra maşını yol kənarında yerləşən maneəyə vurub və avtomobili kanala aşırıb. Sürücü və yanında olan bir nəfər sərnişin polis əməkdaşları tərəfindən kanaldan çıxarılıb. pizza hut
Araşdırma zamanı sürücünün Sumqayıt şəhər sakini Cəfər Həsənov olduğu aşkarlanıb. Cəfər Həsənovun hadisədən sonra sosial şəbəkələrdə videoları paylaşılıb. O, etdiyi qanun pozuntusuna haqq qazandırmağa çalışıb.
Cəfər Həsənovun törətdiyi qayda pozuntusu ilə bağlı protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücünün nəqliyyat vasitəsini idarə etmə hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.
Telegram kanalımız