Müğənni Sevda Yahyayevanın əri Zakir Bayramov romantik paylaşım edib.
Yenisabah.az xəbər verir ki, o, Sevdanın “Sən yadıma düşəndə” mahnısını səsləndirdiyi videonu "Instagram"da izləyiciləri ilə bölüşüb.
“Çox sevirəm bu ifanı və səni, Sevda Yahyayeva”, - deyə həkim ər yazıb. Sezar pizza
Sənətçi isə yoldaşının paylaşımına “Mənim sevgim…” şərhini bildirərək qarşılıq verib.
Xatırladaq ki, cütlük 2021-ci ildə ailə qurub. Onların bir müddət öncə Ayla adlı qızları dünyaya gəlib.
Telegram kanalımız