“Sibel Canla eyni səhnəni bölüşmək istəyirəm“ - Könül

saytların hazırlanması

Evə çatdırılma

“Sibel Canla eyni səhnəni bölüşmək istəyirəm“ - Könül

Şou

18 Yanvar 2023 14:23 654


Əməkdar artist Könül Kərimova məclislərdən birində məşhur türkiyəli müğənni Alişanla bir araya gəlib.

Yenisabah.az moderator-a istinadla xəbər verir ki, o, görüşün onun üçün gözlənilməz olduğunu bildirib:

"Moskvada mənə əziz olan bir xanımın ərinin 60 illik yubileyində iştirak edirdim. Hər bir müğənninin öz çıxış saatı var idi. Mənim də növbəm yetişdi. Alişan orada olduğuna görə bir az da qonağa hörmət naminə onun mahnısını ifa etdim. Bu mahnını hardasa 10 il əvvəl ifa etmişdim. Alişanın bu mahnısını çox sevirəm. İfam Alişanın da xoşuna gəldi. Hətta mənə qoşulub duet ifa etdik. Gözəl, xoş bir təsadüf idi. Duetimiz oradakı tamaşaçılar tərəfindən də gözəl qarşılandı. Onun sənətini, ifalarını çox bəyənirəm". Dominos pizza

Könül Kərimova bildirib ki, ən böyük arzularından biri Sibel Canla bir səhnəni bölüşməkdir:

"Hər zaman arzulamışam ki, Sibel Canla eyni səhnəni bölüşüm. Bu da qismət olarsa çox sevinərəm. Heç vaxt onunla  görüşməmişik. Bu arzum həyata keçərsə çox sevinərəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!