Şirkətin 90 min manatını mənimsəyən meneceri hansı cəza gözləyir?

saytların hazırlanması

Evə çatdırılma

Şirkətin 90 min manatını mənimsəyən meneceri hansı cəza gözləyir?

Kriminal

14 İyul 2023 17:43 1727


Xırdalanda fəaliyyət göstərən “A+CO” ASC-nin tədarük və logistika meneceri vəzifəsində işləmiş İsrafil Abbaszadənin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

İstintaqla İsrafil Abbaszadə tərəfindən cəmiyyətə məxsus nəqliyyat vasitələri, eləcə də müxtəlif növ məhsulların ayrı-ayrı şəxslərə satılması və digər qanunsuz yollarla əldə olunmuş ümumilikdə 90 min manatdan artıq pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Sezar pizza

İş üzrə toplanmış sübutlar əsasında İsrafil Abbaszadəyə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!