Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları avqust-sentyabr aylarında narkotiklərin qanunsuz dövriyyəsi və satışı, dələduzluq, oğurluq və s. cinayətlər törədən ümumən 56 nəfər saxlayıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, onlardan 32-si narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Qanunsuz dövriyyədən 5 kiloqrama yaxın heroin, metamfetamin və marixuana çıxarılıb.
Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir. pizza sifarişi
Telegram kanalımız