Siyavuş Novruzov: Onlar Əfqanıstana at sürməyə getməyiblər ki?!

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzov: Onlar Əfqanıstana at sürməyə getməyiblər ki?!

Sosial

19 Noyabr 2024 15:32 521


"İpoteka kreditlərini güzəştli alanlar var. Onlar niyə bundan məhrum olmalıdır?"

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, bənna, dərzi, bərbər, rəngsaz və digərləri güzəştli ipotekadan məhrumdur: pizza sifarişi

"Əgər onlar yerlərdə güzəştli ipoteka ilə ev ala bilsə, regionlarda qalar. Əfqanıstan müharibəsi veteranlar var, 8500 nəfər Əfqanıstanda döyüşüb. Sonra onlardan bir neçəsi Qarabağda da döyüşüb. Güzəştlərə Çenobıl, I və II Qarabağ müharibəsi iştirakçıları salınıb, amma Əfqanıstanda döyüşənlər siyahıya daxil edilməyib. Əfqanıstanda döyüşənlərdən 3 mini ölüb. Onlar da Əfqanıstanda döyüşüb də, ora at sürməyə getməyiblər ki?!

Digər məsələ veteran pulu ilə bağlıdır. Heç olmasa 20 manat artırın. Veteranlar arasında bəziləri adını yazdırıb, heç döyüşməyib. Amma həqiqətən əziyyət çəkənlər, döyüşənlər var. Bu vəsait artırılsa, yaxşı olar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!