Solovyovdan Ukrayna ilə bağlı etiraf - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Solovyovdan Ukrayna ilə bağlı etiraf - VİDEO

Dünya

09 Mart 2022 07:12 7860


Rusiyalı telejurnalist Vladimir Solovyov və hərbi ekspert Yakov Kedmi “Soloviev Live” verilişinin efirində Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Kedmi əməliyyatın uğurunu şübhə altına alıb. O bəyan edib ki, əgər məqsəd Krımı Rusiya kimi tanımaqdırsa, bu, Rusiyanın üzləşdiyi qurbanlara dəyməz.

O vurğulayıb ki, demək olar ki, iki həftə ərzində Rusiya ordusu “heç bir şəhəri ələ keçirməyib, heç bir şəhərdə hakimiyyət dəyişməyib”. Dördpendirli pizza

Kedmi, həmçinin qeyd edib ki, hətta Rusiya Federasiyası ilə sərhəddə yerləşən (Xarkov kimi) və işğal olunmuş (Xerson kimi) şəhərlər də müqavimət göstərir.

“Əksinə, baş verən hər şey yalnız şəhərlərdə hakimiyyəti gücləndirir”, - deyə o bildirib.

Solovyov, öz növbəsində, həmsöhbətin “xüsusi əməliyyatın” uğursuzluğu ilə bağlı dediklərinə reaksiya verərək, əməliyatın Rusiyaya məhv olma bahasına başa gələcəyini deyib.

“Aydındır ki, biz hələ də iblis hesab olunuruq. Nə olmağımızdan asılı olmayaraq, onlar bizə nifrət edəcəklər, Qərbə nifrət edəcəklər, uzun müddət. Və biz sadəcə olaraq, müharibəni udub bəyan edilmiş məqsədlərlə bitirə bilmərik. Çünki əks halda bu, Rusiyanın məhvinə səbəb olacaq”, - deyə o qeyd edib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!