SON DƏQİQƏ: Ermənistan parlamenti Paşinyanın istefasını müzakirə edəcək

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Ermənistan parlamenti Paşinyanın istefasını müzakirə edəcək

Dünya

17 İyun 2024 19:33 546


Ermənistanın hakim partiyası parlamentin Baş nazir Nikol Paşinyanın istefasını müzakirəyə çıxaracağı növbədənkənar iclasda iştirak etməyəcək. 

"Report" TASS-a istinadən xəbər verir ki, iclasın baş tutması üçün yetərincə səs toplanmayıb. 

Bundan əvvəl parlamentin spikeri Alen Simonyan bildirib ki, 4 saat ərzində lazımi sayda səs toplanarsa, iclas davam etdiriləcək.  pizza hut

Qeyd edək ki, 107 deputatı olan parlamentdə Paşinyan fraksiyasının 71 mandatı var. Müxalifət ötən həftə parlamentdə hökumətin istefası və yeni parlamentin formalaşdırılması ilə bağlı təklif səsləndirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!