Qaz vurub qazan dolduran müğənnilər arasında nəinki yaza bilməyən, həm də heç hərf tanımayan var.
Yenisabah.az xəbər verir ki, "MTV Maqazin" proqramı məşhurlar arasında sorğu keçirərək onların sonuncu dəfə hansı kitabı oxuması ilə maraqlanıb.
Müğənni Mətanət Əsədova: pizza hut
“Heç vaxt kitab oxumamışam. Çünki gözlərim zəif idi, indi əməliyyat olunmuşam. Bəlkə bu gündən sonra oxudum”.
Rəqqasə Aytən:
“Axırıncı dəfə nə oxumuşam yadıma gəlmir. "Pirojna" bişirirdim, reseptlər kitabını oxumuşam. Yalandan deyə bilmərəm. Oxumamışam. Desəm ki, kitab oxumağı sevirəm, yalan olan, hövsələm yoxdur. Kitab oxumağa səbrim çatmır”.
Ayan Babakişiyeva:
“Yalan danışmayacağam, 4 il bundan öncə oxumuşam. Tarixi və dinlə bağlı kitab olub – “Yəhudi qəhrəmanlar”.
Əməkdar artist Gülüstan Əliyeva:
“Şüuraltı təmizləmə psixoloqu var - Tuğçe İşınsu. Onun “Ol Der ve Olur” kitabını oxumuşam”.
Müğənni Xatun Əliyeva:
“Bilirsiniz ki, mütaliə etmək psixoloji cəhətdən çox yardım edir. Ən sevdiyim əsər Çingiz Abdullayevin “Manyakın idrakı”dır. Oradakı hadisələr məni bu dünyadan tam alıb aparmışdı. Onun detektiv əsərlərini sevirəm”.
Şəbnəm Tovuzlu:
“Kitab oxumasam da, "Ayətəl-Kürsi"ni hər gün oxuyuram. Onu hər kəs oxumalıdır. İnsanın ruzisinə, yoluna işıq tutur, onu oxuyan insan heç vaxt ziyan tapmaz”.
Manaf Ağayev:
“Kitab oxuyanları sevirəm, amma özüm oxumuram. Heç orta məktəbdə oxumamışam. İndi kitab oxuyan vaxtım deyil. Övladlarım oxuyur, o da bir cür savaddır, dünyagörüşü artır, buna pis baxmıram”.
Əməkdar artist Elza Seyidcahan:
“Axırıncı dəfə Ramiz Rövşənin kitabını oxumuşam, o mənim stolüstü kitabıdır. Məmməd Arazın “Əsgər tüfəngi nəğmə istəyir”I oxumuşam. Daha çox şeirlər oxuyuram. Vaxtım olsa, romanlar oxuyaram”.
Gülay Zeynallı:
“İnanın ki, COVID-dən sonra məndə yaddaş pozğunluğu yaranıb, ona görə son dəfə hansı kitabı oxuduğum yadımda deyil”.
Rəqqasə Rəna Ağamuradova (Renka)
“Çingiz Abdullayevin kitablarını əzbər bilirəm. Psixoloji kitablar da oxuyurdum, sadəcə işlərim çoxdur deyə, çatdıra bilmirəm”.
Roza Zərgərli:
“Televiziyanın idarəedilməsi kitabını oxumuşam. Bu da işimlə bağlıdır. Başqasını oxumağa hələ ki, vaxtım yoxdur”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız