Stoltenberq Trampı NATO üçün təhlükə saymır

saytların hazırlanması

Evə çatdırılma

Stoltenberq Trampı NATO üçün təhlükə saymır

Dünya

01 İyul 2024 10:55 459


Növbəti prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ Şimali Atlantika Alyansının güclü müttəfiqi olaraq qalacaq.

Yenisabah.az “Yomiuri Shimbun”a istinadla xəbər verir ki, bunu NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq deyib.

Bundan əvvəl Atlantika Şurasının ekspertləri qeyd edirdilər ki, Donald Tramp Amerika dövlət başçısı üçün keçiriləcək seçkilərdə qalib gəlsə, ABŞ alyansdan çıxmasa belə, NATO-nu zəiflədə bilər. Dördpendirli pizza

Trampın özü də yenə ən yüksək dövlət postu uğrunda mübarizə apararaq NATO-nun fəaliyyətindən narazılığını bildirib. Noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, avropalı tərəfdaşlar öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti götürməsələr, ABŞ-ı Şimali Atlantika Alyansından çıxarmaqla hədələyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!