Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Formunda çıxışı zamanı Ermənistanla sülh məsələsi barədə danışıb. Ölkə başçısı Azərbaycanın Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxın olduğunu bildirib:
“Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, son dövrlər iki ölkə arasında aparılan diplomatik səylər olduqca təqdirəlayiqdir: Marqarita pizza
“Son dövrlər aparılan diplomatik səylər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına çox böyük töhfələr verir. Bununla bağlı son olaraq əsgərimizin azaraq Ermənistan tərəfə keçməsi və qısa müddətdə geri qaytarılması bir jest idi, çünki prezidentlər arasında belə bir razılıq olmuşdu ki, təsadüfən azan əsgərlər geri qaytarılsın. Eyni zamanda Böyük Britaniya baş naziri Rişi Sunakın XII Qlobal Bakı Formuna göndərdiyi məktubda qeyd edilir ki, Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoymaq üçün tarixi fürsət yaranıb və biz ümid edirik ki, bu ilin noyabrına qədər sülh müqaviləsi imzalanacaq. Yəni dünya gücləri cənubi Qafqazda sülhün, sabitliyin olmasını istəyir. Bu günlərdə ABŞ-ın cənubi Qafqaz üzrə nümayəndəsi Lui Bono da Ermənistana getdi və daha sonra Azərbaycan gəldi”.
Politoloq bu il ərzində sülh müqaviləsinin imzalana biləcəyini qeyd edib.
“Ancaq təəssüf ki, bəzi ölkələr, o cümlədən Fransa sülh müqaviləsinin imzalanmasına mane olmaq istəyir. Lakin Ermənistan da başa düşür ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq onun kommunikasiya xəttlərinin və Türkiyə ilə olan sərhədlərinin açılmasına gətirib çıxaracaq. Artıq Ermənistan rəhbərliyi də dərk edir ki, Azərbaycanla sülh bağlamaqdan başqa yol yoxdur. Yox əgər başqa cür hərəkət etsə, Azərbaycanın reaksiyası sərt olacaq. Cənab prezidentin dediyi kimi, biz sülh bağlamağa yaxınıq və düşünürəm ki, bu il ərzində müqavilə imzalanacaq”.
Nazim Hacıyev
Telegram kanalımız