“Sülhməramlılara arxayın olmamalıyıq” – Siyavuş Novruzov

saytların hazırlanması

Evə çatdırılma

“Sülhməramlılara arxayın olmamalıyıq” – Siyavuş Novruzov

Siyasət

28 Dekabr 2020 14:19 818


"Bizim əsgərlər muzdlu hərbçilər deyil. Onlar özləri könüllü şəkildə döyüşə, Vətənin müdafiəsinə gediblər. Otuz ildən artıq içlərindəki Vətən, torpaq eşqinə görə, vuruşublar, döyüşüblər". 

“Yeni Sabah” Etikxeber.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

Regional məsələlər komitəsinin sədri telekanallara iradını bildirib. Qeyd edib ki, şəhidlər, şəhid ailələri və qazilərlə bağlı verilişlər, süjetlər hazırlanarkən, maddiyyat məsələsi önə çəkilməməlidir: Sezar pizza

"Onların əməyini, zəhmətini maddiyyatla kiçiltmək lazım deyil. Onların maddi problemləri var və həllini tapmalıdır, hamımız bunu istəyirik, zaman-zaman da bu istiqamətdə addımlar atılıb və atılacaq. Ancaq bu məsələdə mənəvi məqamları qabartmaq lazımdır. Biz sülhməramlılara da arxayın olmamalıyıq. Öz əgərimizə arxalanırıq, inanırıq və o özü hər şeyi yoluna qoyur və qoyacaq".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!