Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı

Siyasət

22 Aprel 2024 19:38 1010


Azərbaycan və Ermənistan sülh sazişi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var.

"Report"un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, həmçinin iki ölkə liderlərinin sərhədlərin delimitasiyası ilə bağlı danışıqları davam etdirdiyini qeyd edərək, bəzi məsələlərin artıq razılaşdırıldığını vurğulayıb. pizza hut

Rusiya prezidentinin mətbuat katibi, həmçinin bəyan edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur.

“Bu (sülhməramlıların çıxarılması - red.), Ermənistanın 1991-ci ilin Azərbaycan sərhədlərini tanımasından sonra regionda formalaşan mövcud reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və artıq sülhməramlıların üçün heç bir funksiya qalmayıb”, - Peskov deyib.

Xatırladaq ki, aprelin 17-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Rusiyanın ali rəhbərliyinin Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul etdiklərini bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!