Sumqayıtda dərəyə aşan avtomobilin sürücüsü xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda dərəyə aşan avtomobilin sürücüsü xəstəxanada öldü

Hadisə

31 Oktyabr 2022 09:28 846


Sumqayıtda dərəyə aşan avtomobilin sürücüsü xəstəxanada ölüb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə oktyabrın 26-sı saat 18:30 radələrində Bakı-Quba yolunun şəhər ərazisindən keçən hissəsində yerləşən zavodların birinin qarşısında qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Rzalı Toğrul Şahin oğlu idarə etdiyi "Audi A3" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə maşın dərəyə aşıb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün xəstəxanaya yerləşdirilib. Oktyabrın 30-da Toğrul Rzalı aldığı xəsarətlərdən xəstəxanada ölüb. Marqarita pizza

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!