Sumqayıtda evə silahlı hücum edən şəxsin anası DANIŞDI - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda evə silahlı hücum edən şəxsin anası DANIŞDI - VİDEO

Kriminal

30 Oktyabr 2023 14:18 5741


“Yaxşı qonşular idi. Ədavətimiz, düşmənçiliyimiz yox idi. Oğlum hadisəni törətdikdən sonra evə gəlib, daha sonra işə gedib”.

Bunu Sumqayıtda evə silahlı basqın etməkdə ittiham olunan şəxsin anası Əntiqə Tağıyeva Baku TV-yə açıqlamasında deyib.

Saxlanılan şəxsin qardaşı Xəqani Tağıyev isə birlikdə işə getdiklərini bildirib: Pepperoni pizza

“Saat 08:30-da birgə işə getmişik. Silahının olduğunu görməmişəm. Öz silahı olmayıb, başqasından əldə edib”.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, dörd nəfər - Tərlan Fərəcova, Serkan Karakaş, Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!