Sumqayıtda fəhlə hündürlükdən yıxılıb öldü

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda fəhlə hündürlükdən yıxılıb öldü

Hadisə

23 Sentyabr 2022 10:41 981


Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb. 

Bu barədə Yenisabah.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 22-i saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Sezar pizza

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Güloğlan Allahverdiyev sentyabrın 16-da, fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölmüşdür.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!