Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində hərbi sursat aşkar ediblər.
Yenisabah.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın iki ədəd BR-281 zirehdələn-izlikli tank mərmisi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Dominos pizza
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Telegram kanalımız