Sumqayıtda iki azyaşlı uşağın ölümü ilə   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda iki azyaşlı uşağın ölümü ilə RƏSMİ AÇIQLAMA

Hadisə

18 Noyabr 2022 18:36 901


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və müvafiq qurumlar noyabrın 16-da Sumqayıt şəhərində iki azyaşlının ölümü ilə bağlı araşdırma aparılıb. Nəticədə ölümə səbəb ola biləcək hallar arasında qida faktorunun olmadığı təsdiqlənib.

Yenisabah.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Hazırda digər hallarla bağlı araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Dominos pizza

AQTA bir daha vətəndaşları zəhərlənmə ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara inanmağa, kütləvi informasiya vasitələrinin əməkdaşlarını isə əldə etdikləri informasiyaları yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə dəqiqləşdirməyə çağırır. Bildirilib ki, istənilən halda ekspertiza rəyi olmadan yanlış məlumatların media vasitəsilə yayılması yolverilməzdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!