Sumqayıtda itkin düşmüş 81 yaşlı kişinin meyiti tapıldı - Təfərrüat

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda itkin düşmüş 81 yaşlı kişinin meyiti tapıldı - Təfərrüat

Hadisə

04 Oktyabr 2022 10:35 932


Sumqayıtda itkin düşmüş şəxsin qətlə yetirildiyi məlum olub.

Bu barədə "Yeni Sabah"a Sumqayıt şəhər prokurorluğundan məlumat verilib.

Sentyabrın 14-ü Sumqayıt Şəhər Polis İdarəsinə 1941-ci il təvəllüdlü Nadir Rzayevin itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub. Pepperoni pizza

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin tanışı 1977-ci il təvəllüdlü Samir Abbasovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nadir Rzayevi boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Samir Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!