İyulun 2-də Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü Arif Muxtarovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 1998-ci il təvəllüdlü Əkbər Vəliyevin iyulun 1-də Sumqayıt şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı bacısının əri Arif Muxtarova bıçaqla xəsarətlər yetirməsi və zərəçəkmişin növbəti gün həmin xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Marqarita pizza
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi istintaq edilir.
Əkbər Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Telegram kanalımız