Sumqayıtda qətlə yetirilən şəxs müsavatçı olub

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda qətlə yetirilən şəxs müsavatçı olub

Kriminal

28 Oktyabr 2023 11:57 1935


Bu gün səhər saatlarında Sumqayıtda qətlə yetirilən Dağbəyi Fərəcov Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının üzvü olub.

“Yeni Sabah” xəbər verir ki, Dağbəyi Fərəcovun Corat bağları yaşayış massivində yerləşən evinə silahlı hücum nəticəsində Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş güllə yaralarından vəfat edib. Suzana Fərəcovanın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova isə güllə yarası alıb.

Qonşuluqda yaşayan və sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyərkən onlar da xəsarətlər alıblar. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!