Sumqayıtda yataqxanada yanğın olub.
Yenisabah.az xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində 1 saylı yataqxanada olub.
Belə ki, yataqxananın birinci mərtəbəsində Sima Muxtarovaya məxsus 1 otaqlı mənzildə yanğın olub. Hadisə zamanı mənzilin dəhlizinin yanar konstruksiyaları və geyim əşyaları yanıb. Mənzil sahibi xilas edilib, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. pizza mizza
Yanğının baş vermə səbəbləri araşdırılır.
/APA
Telegram kanalımız