Suriya qondarma “DXR” və “LXR”i tanımağa hazırlaşır - Nazirdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Suriya qondarma “DXR” və “LXR”i tanımağa hazırlaşır - Nazirdən açıqlama

Dünya

22 Fevral 2022 15:40 663


“Rəsmi Dəməşq tezliklə qondarma “DXR” və “LXR”in müstəqilliyini tanıya bilər”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Suriyanın Xarici İşlər naziri Feysal Mikdad bildirib.

O vurğulayıb ki, Dəməşq Rusiyanın qondarma “DXR” və “LXR”i tanımaq qərarını qətiyyətlə dəstəkləyir. pizza

“Suriyanın iki “respublikanın” müstəqilliyini tanıması məsələsi parlament və digər orqanlar tərəfindən təsdiqlənməlidir. Bu, tezliklə baş verə bilər”, - deyə Mikdad əlavə edib.

Onun sözlərinə görə, məsələ ilk öncə öyrənilməlidir, lakin Dəməşqlə iki “respublika” arasında münasibətlər çoxdan başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!