Suriyada döyüşmüş azərbaycanlılara hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Suriyada döyüşmüş azərbaycanlılara hökm oxundu

Kriminal

13 İyun 2023 17:07 940


Bakı Ağır Cinayətlər Məhkəməsində xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməkdə təqsirləndirilən Vahid Məmmədov və Qabil Həsənovun (hər ikisinin ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onlar 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Dominos pizza

İttihama görə, Vahid Məmmədovla Qabil Həsənov qeyriləri ilə cinayət əlaqəsinə girərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində silahlı münaqişələrdə iştirak edib, həm Azərbaycanın, həm də Suriyanın qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmayıblar.

Onlar Suriyanın ərazisində silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 31 may 2021-ci il tarixdə Türkiyəyə, oradan isə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla həmin ölkənin İdlib şəhərinə gedərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən “Taifatul Mənsura” adlı qanunsuz silahlı sabit qrupa qoşulublar.

Təqsirləndirilən şəxslər 2022-ci ilin fevral ayınadək həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində silahlı münaqişələrdə iştirak ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!