Şuşada güllələnən Elmarın atası: “Oğluma şəhidlik statusu verilsin!”

saytların hazırlanması

Evə çatdırılma

Şuşada güllələnən Elmarın atası: “Oğluma şəhidlik statusu verilsin!”

Hadisə

14 Oktyabr 2022 15:44 26473


Cəlilabad rayonu Moranlı kənd sakini Elçin Mirzəyev Şuşa şəhərində əsgər yoldaşının açdığı atəş nəticəsində həlak olan oğlu Elmar Mirzəyevə şəhid statusu verilməsini istəyir.

“Yeni Sabah”a müraciət edən ata bildirir ki, o bir çox yerə müraciət etsə də cavab ala bilməyib: 

“Elmar 2021-ci ilin oktyabrın 10-da hərbi dəniz qüvvələrinə baş mühərrikçi kimi getdi. İyun ayında bir aylıq Kəlbəcərə ezam olunmuşdu. Sonra iyulun 6-da bir aylıq ezam olundu Şuşaya, 1 aylıq vaxt 15 gün uzandı. Avqustun 18-də də Şuşada gündüz saat 10-11 radələrinə vurulub.  Dördpendirli pizza

Saat 2-nin yarısı idi, komandiri zəng elədi. Dedi Mirzəyev Elmar iş yoldaşının əlindən açılan atəş nəticəsində vurulub. 

Asan xidmətə vəsiqəni verib ölüm kağızı aldım. 25 yaşı vardı, subay idi. Heç kim maraqlanmır. Müdafiə Nazirliyinin hüquq şöbəsində oldum, dedilər şəhid statusu düşmür. 

Cəliabad rayon İcra Hakimiyyətinə, Cəlilabad rayon komisarlığına getdim, orada da dedilər şəhidlik düşmür. Müdafiə Nazirliyindən mənə deyirlər ki,  Elmarın hərbidə şəhid olmağı ilə bağlı çıxarış verməliyik komissarlığa, komisaarlıq sizə verməlidir. Komissarlığa gedirəm deyirlər bizə heç bir  məlumat gəlməyib. Heç komissarlığa ölüm haqqında rəyi də gəlib çıxmayıb. Maraqlanan yoxdur. Oğlumun dəfnində nə İcra Hakimiyyətindən, nə də başqa yerdən iştirak edən olmadı. Elmara şəhidlik statusu verilməsini istəyirəm”. 

Ata bildirir ki, Elmarı vuran əsgər artıq həbs olunub. 

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov “Yeni Sabah”a bildirib ki, Mirzəyev Elmar Elçin oğluna şəhidlik statusu verilməlidir: 

“Xidməti vəzifələrinin icrası ilə bağlı yalnız özü özünə qəsddən başqa nə qədər hallar varsa, bu hallarla əlaqədar əsgər və zabitlərə şəhid statusu verilməlidir. 

Azərbaycanda 200-dən artıq əsgər və zabitlərimiz var ki, dediyimiz hala uyğun ya ehtiyatsızlıqdan əsgər yoldaşının əlindən güllə açılıb dünyasını dəyişib, ya bilərəkdən nizamnamədən kənar münasibətlər fonunda bu hallar baş verib. Ona görə də, xeyli insan prezidentin hərbi məsələlər üzrə müşaviri general  Məhərrəm Əliyevin qəbulunda olublar, prezidentə müraciət ediblər. Onlara da söz verilib ki, bu məsələyə baxılacaq. 

Təkcə vətəndaşın dövlət qarşısında borcu yoxdur, eyni zamanda dövlətin də vətəndaş qarşısında borcu var. Mirzəyev Elmara şəhid statusu verilməlidir yox, ona şəhid statusu veriləcək. Heç kimin şübhəsi olmasın. 

Necə olur ki, Gəncənin mərkəzidə həyatını itirən polisə şəhid statusu verilib, necə olur ki, Nardaranda xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polisə şəhid statusu verilib, amma işğaldan azad olunmuş ərazilərdən xidmət edərkən həlak olan əsgərə şəhid statusu verilməsin? Bu, qanun pozuntusudur. Onu qətlə yetirən əsgər də, mən tərəfdarıyam ki, ən ağır cəzaya layiq görülsün. Elə şəxslərin məhkəməsi qapalı qapılar arxasında deyil, məhz əsgər və zabitlərin gözü qarşısında səyyar məhkəmələr şəklində həyata keçirilsin. Bunun həm tərbiyəvi, həm də çəkindirici əhəmiyyəti var.”

Nəzrin Cavadzadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!