Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.
Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Rəsmi məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib. Pepperoni pizza
Hazırda Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.
Telegram kanalımız