Şuşadakı dəhşətli qəzada ölənlər kimlərdir? - DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Şuşadakı dəhşətli qəzada ölənlər kimlərdir? - DETALLAR

Kriminal

06 Noyabr 2023 12:19 1874


Xəbər verdiyimiz kimi Şuşa rayonunun Daşaltı kəndində avtomobil aşaraq yanıb, 5 nəfər ölüb. 

“Yeni Sabah”ın Qaynarinfo-ya istinadən məlumatına görə, qəzada dünyasını dəyişən şəxslərdən biri "Mikro Tunel Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı olub.

Kamil Qaybaliyev sözügedən şirkətdə ekskavatorçu  işləyib.  pizza

Ehtimal edilir ki, qəzada dünyasını dəyişən digər şəxslər də sözügedən şirkətin əməkdaşları olublar. 

Qeyd edək ki, "Mikro Tunel Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Cəlal Əliyev Cəlallədin oğludur. Şirkət işğaldan azad olunan ərazilərdə tunel işlərinin qurulması ilə məşğuldur. 

Xatırladaq ki, noyabrın 4-də Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq həlak olublar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!