Şuşadakı seçki məntəqəsinin sədri: “Bu gün 1220 nəfər seçicinin yolunu gözləyirik” 

saytların hazırlanması

Evə çatdırılma

Şuşadakı seçki məntəqəsinin sədri: “Bu gün 1220 nəfər seçicinin yolunu gözləyirik” 

Siyasət

07 Fevral 2024 10:01 318


“124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi bu gün 1 220 nəfər seçici gözləyir”. 

Bunu Oxu.Az-a Şuşada 124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsinin sədri Səbinə Məmmədova bildirib.

O qeyd edib ki, saat 8:00-dan etibarən seçicilər məntəqəyə gəlirlər: pizza mizza

“Hazırda məntəqə katib və üzvləri seçkinin demokratik və şəffaf şəkildə həyata keçirilməsi istiqamətində fasiləsiz fəaliyyət göstərir. Seçkinin keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Müasir infrastrukturlu məktəb binasında yerləşən məntəqəmizdə bütün təhlükəsizlik tam təmin olunub. Ümumi seçici sayımız 1 222 nəfərdir, iki nəfər qeydiyyatdan çıxma vərəqəsi aldığı üçün hazırda 1 220 seçicinin yolunu gözləyirik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!