Şuşaya təyin edilən xüsusi nümayəndə Aydın Kərimov kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Şuşaya təyin edilən xüsusi nümayəndə Aydın Kərimov kimdir?

Siyasət

28 Yanvar 2021 09:26 2737


Prezident İlham Əliyevin Şuşa şəhərinə xüsusi nümayəndə təyin etdiyi Aydın Kərimovun bioqrafiyası ictimaiyyət üçün maraq doğurub.

A.Kərimov bundan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri olub.

Şuşanın hazırkı xüsusi nümayəndəsi daha öncə “Ağ şəhər” layihəsinin həyata keçirilməsində böyük rol oynayıb. Beynəlxalq konfranslarda inşaat sahəsində rəqəmsal texnologiyalar və BİM texnologiyaları haqda çıxışlar edib. pizza

A.Kərimov bu gün Prezident İlham Əliyevin qəbulunda etdiyi çıxışında bildirib ki, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşanın planlı və sistemli şəkildə yenidən qurulması, zəngin tarixi, mədəni irsinin bərpa edilməsi, sakinlərin rahat və əlçatan müasir məxsusi şəhər mühitində yaşamaları üçün qarşısında qoyulan vəzifələrin, bütün tapşırıqlarının vaxtında və tələb edilən səviyyədə yerinə yetirilməsi üçün əlindən gələni edəcək. /Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!