Şvartsenegger qəza törətdi 

Şvartsenegger qəza törətdi 

Şou Veb saytların hazırlanması

06 Fevral 2023 12:13 560


Amerikalı aktyor, bodibilder və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger Los-Ancelesdə qəza törədib.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, “Terminator” avtomobili aşağı sürətlə idarə edərkən, onun qarşısında gedən velosipedçi qəfildən sola dönüb. Aktyor əyləci basmağa vaxt tapmayıb və velisopedçi qız təkərlərin altına düşüb.

Velosipedçi yüngül xəsarətlərlə xəstəxanaya aparılıb.

Jurnalistlər hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinad edərək bildirirlər ki, toqquşmada Arnold Şvartsenegger günahı yoxdur.

Hadisədən sonra Şvartsenegger zərərçəkmişin velosipedini təmirə vermək üçün götürüb.

Xatırlaadq ki, Arnold Şvartsenegger ötən il də Los-Ancelesdə yolsuzluq avtomobilində ağır qəza törətmişdi.

75 yaşlı aktyor "GMC Yukon" markalı avtomobiliylə "Toyota Prius"la toqquşmuşdu. "Toyota"nın sürücüsü xəstəxanaya çatdırılmış, Şvartsenegger özü heç bir xəsarət almamışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!