Talıbovun evinin qarşısından polis postu götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Talıbovun evinin qarşısından polis postu götürüldü

Hadisə

19 Dekabr 2022 17:48 3050


Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun evinin polislər tərəfindən qorunmasına son qoyulub.

“Yeni Sabah” Ovqat.com-a istinadla xəbər verir ki, Talıbovun evinin dövlət əhəmiyyətli obyekt kimi mühafizəsi dünəndən dayandırılıb.

Bildirilib ki, Vasif Talıbovun malikanəsi indiyədək 9 polis tərəfindən növbəli şəkildə mühafizə olunurdu. Hər 2 gündən bir 3 polis əməkdaşı növbə dəyişirdi. pizza hut

Dünəndən isə onun evinin qarşısındakı polis postu ləğv olunub. Evinin qarovulçuları dünən Naxçıvan şəhər Polis İdarəsinin Post-Partul Xidmətinə çağırılıb və onlara artıq qanuni iş yerlərinə qayıtmaları barədə göstəriş verilib. Əmr Post-Patrul Xidmətinin komandiri Hümbət Allahverdiyev tərəfindən rəsmən elan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!